Gəncədə çoxmənzilli binaların təmiri üçün 7 milyon manat ayrılıb

10:59 - 14.11.2017


14 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Gəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 7 milyon manat, o cümlədən 72 çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 5 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın maliyyələşdirilməsinin təmin edilməsi həvalə edilib.

Dövlət başçısı, digər sərəncamlarla şəhərin İcra Hakimiyyətinə 2018-ci il dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdiriləcək Gəncə İdman Sarayının layihələndirilməsinin və tikintisinin təmin edilməsini tapşırıb.

 

Bütün xəbərlər