Azərbaycanda ABŞ dollarının məzənnəsi əvvəlki səviyyədə qaldı

13:41 - 25.10.2018


25 oktyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracı keçirib.

“Oktyabrın 25-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Oktyabrın 23-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər