Bakı Fond Birjasının dövriyyəsi il ərzində 2,2 dəfə artıb

16:06 - 25.10.2018


25 oktyabr, Fineko/abc.az. Yanvar-sentyabr aylarında Bakı Fond Birjasının (BFB) dövriyyəsi 2017-ci ilin yanvar-sentyabr aylarında qeyd edilən 7,928 milyard manata qarşı 17,424 milyard manat təşkil edib.

BFB-nin hesabatına görə, Fond birjasının dövriyyəsi il ərzində 2,2 dəfə artmışdır.

“Əməliyyatların sayı 59,817-dən 80,879-a yüksəlib, dövlət qiymətli kağızları ilə əməliyyatlar 9,641 milyard manat təşkil edib, o cümlədən Maliyyə Nazirliyi tərəfindən buraxılmış istiqrazların yerləşdirilməsi 808.319 milyon manat, Mərkəzi Bankın qısamüddətli notları 8.833 milyard manat təşkil edib”, - hesabatda belə deyilir.

BFB-nin ümumi dövriyyəsində pay bazarının hissəsi 141,972 milyon manat, qiymətli kağızlar bazarının borc alətlərinin payı isə 521,340 milyon manat təşkil edib. Hesabat dövründə repo əməliyyatlarının payı 545,585 milyon manat, törəmə alət bazarı 6,573 milyard manat təşkil edib.

 

Bütün xəbərlər