OPEC+ ölkələri sentyabr ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 111% icra ediblər

17:52 - 25.10.2018


25 oktyabr, Fineko/abc.az. OPEC+ ölkələrinin iştirakçıları sentyabr ayının sonunda neft hasilatının azaldılması üzrə razılaşmanı 111% səviyyəsində  yerinə yetirib.

Neft Ixrac Edən Ölkələr Təşkilatının xəbərinə görə, "əməkdaşlıq razılaşmasına" qatılan ölkələr, 2018-ci ilin sentyabr ayında sazişi 111% səviyyəsinə icra ediblər.

“Bu, OPEK və qeyri-OPEK ölkələrinin dördüncü nazirlər toplantısında təyin olunan məqsədə nail olmaqda əhəmiyyətli bir irəliləyiş olduğunu göstərir”, - təşkilatda bunu qeyd ediblər.

Avqust ayında sazişn icrası 129%, iyulda isə 109% təşkil etmişdir. Bu ilin sentyabr ayında Nazirlər Monitorinq Komitəsi razılaşmanın 100% yerinə yetirilməsinə qayıtmaq məqsədini təsdiqləyib və iştirakçı ölkələri iki ay müddətində bunu etməyə çağırıb.

 

Bütün xəbərlər