Almaniya Parlamentinin nümayəndə heyəti Bakıya səfər edəcək

26.10.2018,12:09


26 oktyabr, Fineko/abc.az. Almaniya Parlamentinin nümayəndə heyəti  Alman Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı  (İPS) üçün Azərbaycandan olan namizədləri seçmək məqsədilə 29 – 31 oktyabr 2018 tarixlərində Bakıya  səfər edəcəkdir. Alman nümayəndə heyətinə Bundestaqın deputatı cənab Maks Ştraubinger rəhbərlik edəcəkdir. 

İPS proqramı çərçivəsində dünyanın 41 ölkəsindən 120 təqaüdçü 1 mart-31 iyul 2019-cu il tarixinədək Alman Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində  Almaniyanın parlamentar sistemi  ilə tanış olmaq imkanı əldə edirlər. Proqramın məqsədi siyasətin aparılması və demokratik qərarların  verilməsi proseslərinin yaxından  şahidi olmaqdır. Təqaüdçülər alman parlamentinin bir deputatının yanında  işləyirlər və eyni zamanda Berlin universitetlərinin birində tələbə olaraq qeydiyyata alınırlar. Taqaüdçülər həmçinin parlamentdəki fəaliyyətlərində əlavə olaraq universitetin mühazirə və seminarlarında da iştirak  edə bilirlər. Bu proqram Alman Bundestaqının prezidentinin xüsusi himayəsi və üç Berlin universiteti ilə 
əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri habelə aylıq təqaüd Alman Bundestaqı tərəfindən ödənilir. 

Hər il dekabr ayından etibarən İPS proqramında iştirak etmək üçün müraciət ərizələri Bakıdakı alman  səfirliyinə təqdim olunur. Proqram haqqında daha geniş məlumatı bu internet səhifəsindən əldə edə bilərsiniz: http://www.bundestag.de/ips. 

Səfər çərçivəsində alman nümayəndə Bakıda siyasət, iqtisadiyyat və təhsil sahələrindən nümayəndələrlə görüşlər keçirəcəklər. Mövcud əlaqələri və şəbəkəni inkişaf etdirmək üçün İPS proqramının məzunları ilə də görüş nəzərdə tutulmuşdur. Bir çox ölkədə olduğu kimi Azərbaycanda da İPS məzunları şəbəkələşmək məqsədilə birlik təsis etmişdirlər. 

Açar sözlər: Almaniya İPS