Azərbaycan enerji sektorunda özəlləşdirmə təcrübəsini öyrənir

16:07 - 26.10.2018


26 oktyabr, Fineko/abc.az.  Azərbaycanda özəlləşdirmə üçün geniş imkanlar mövcuddur.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, milli iqtisadiyyatın strateji yol xəritəsinin dörd məqsədindən biri özəlləşdirmədir.

“Hazırda Azərbaycanda maşınqayırma, metallurgiya, dəzgahqayırma, cihazqayırma, kimya, yeyinti məhsulları, kənd təsərrüfatı, yüngül sənaye, səhiyyə, mədəniyyət, idman və turizm sektorlarında özəlləşdirmə sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur”, - K. Həsənov belə deyib.

Onun sözlərinə əsasən, hazırda enerji, telekommunikasiya, bank, turizm sahələrində yeni özəlləşdirmə imkanları, beynəlxalq təcrübələr öyrənilir.

 

Bütün xəbərlər