Cahangir Əsgərov: 2020-ci ilə qədər AZAL sərnişin axınını 7 milyona çatdıracaq

17:31 - 26.10.2018


26 oktyabr, Fineko/abc.az. Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov sərnişin axınının artırılması üzrə planları açıqlayıb.

Cahangir Əsgərovun sözlərinə əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-cu ilin doqquz ayı ərzində 3,49 milyon sərnişinə xidmət göstərmişdir ki, bu da  ötən ilin analoji göstəricisindən 10% çoxdur.

“Yeni reyslərin açılması nəzərə alınmaqla qarşıda 2020-ci ilin yekunları üzrə bu göstəricinin ildə 7 milyon nəfərə kimi artırılması kimi prioritet vəzifə dayanır”, - C. Əsgərov belə deyib.

 

Bütün xəbərlər