Azərbaycan nefti bir qədər bahalaşdı

10:17 - 29.10.2018


29 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı Azərbaycan neftinin qiyməti 0,15 dollar (0,19%) yüksəldi.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,27 dollar təşkil edir.

Keçən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti  0,26 dollar (0,39%)  qalxaraq bir barelə 67,59 dollar təşkil etmişdir.

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti  0,73 dollar (0,95%) qalxaraq bir barelə 77,62 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 10,03 dollar təşkil edir.

 

Bütün xəbərlər