Braziliyanın xarici işlər naziri Bakıya səfərə gəlir

11:33 - 14.11.2017


14 noyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarı qəbul edib.

Nazirliyin məlumatında deyildiyi kimi, görüş zamanı nazir və səfir ticarət-iqtisadi əlaqələrin inkişafının zərurəti barədə müzakirələr aparıb.

“Görüş əsnasında nazir Şahin Mustafayev, Azərbaycana səfəri gözlənilən Braziliyanın xarici işlər naziri Aloyzio Nunesin səfər zamanı,  ölkələr arasında ticarət-iqtisadi münasibətlərin  genişləndirilməsi perspektivlərini müzakirə etmək arzusunu bildirdi”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər