Azərbaycanda “Yurd Hotel” adlı daha bir turizm obyekti açıldı

29.10.2018,10:59


29 oktyabr, Fineko/abc.az. Qax şəhərində “Ulu Yurd” MMC-yə məxsus “Yurd Hotel” otelinin açılışı olub.

Açılışıda Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  iştirak ediblər.

“Yurd Hotel” otelinin tikintisi 2017-ci ilin sentyabrında başlanıb, bu ilin sentyabrında isə başa çatdırılıb. Qax şəhərindən 8,5 kilometr məsafədə yerləşən otel, İlisu kəndində, ümumi sahəsi 3,3 hektar təşkil edən “Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilib. Kompleksin tikinti sahəsi 2100 kvadratmetrdir. Yüz yerlik, üçmərtəbəli otel binasında müxtəlif kateqoriyalara (45-i standart, 3-ü ailəvi) uyğun 48 otaq var. Həmçinin VIP kottec də tikilib. Otelin ərazisində mini futbol üçün meydança yaradılıb. Restoran və açıq tipli kafe-bar qonaqlara xidmət göstərəcək.