AMB depozit hərracında 350 milyon manat cəlb etdi

14:18 - 29.10.2018


29 oktyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 29 oktyabr tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  1 246,9 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

 

Bütün xəbərlər