Azərbaycana turist axını il ərzində 20,1%-ə qədər artıb

12:10 - 14.11.2017


14 noyabr, Fineko/abc.az. Cari ilin on ayı ərzində Azərbaycanı 2 276 604 xarici vətəndaş ziyarət edib.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilənə əsasən,  onlardan 727 577 Rusiya Federasiyası, 439 305 Gürcüstan, 320 904 İran, 249 210 Türkiyə, 81 742 Birləşmiş Ərəb Əmirlikləri,  54 242 İraq, 49 809 Ukrayna, 31 821 Səudiyyə Ərəbistanı, 321 994 nəfəri isə digər ölkələrin vətəndaşları olmuşdur.

“Xarici vətəndaşların əksəriyyəti  ölkəyə iyun ayında gəlmişdir ki, bu da 313 515 nəfər təşkil etmişdir.  Gələnlərin əksəriyyəti, xüsusilə, 31,9%-i Rusiya vətəndaşları, 19,2%  Gürcüstan, 14% İran vətəndaşları və 10,9%  Türkiyə vətəndaşları təşkil etmişdir”,- məlumatda belə deyilir.

Həmçinin  qeyd edilir ki, keçən ilin yanvar-oktyabr ayları ilə müqayisədə, İrandan gələn turistlərin sayı 115 782  nəfərə qədər, BƏƏ-dən  gələnlərin sayı  42 811 nəfər, Rusiyadan gələnlərin sayı isə 96 040 nəfərə qədər artmışdır. 2016-cı ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 1 894 707 nəfər təşkil etmişdir. İl ərzində artım 381 807 nəfər və ya 20.1% təşkil edir.

 

 

Bütün xəbərlər