Astanada Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

15:37 - 29.10.2018


29 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası 31 oktyabr 2018-ci il tarixində Astanada keçiriləcək.

Energetika Nazirliyinin məlumatında deyilir ki, hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevdir.

“Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, təhsil, ətraf ühitin mühafizəsi, gənclər və idman, dövlət qulluğu, əqli mülkiyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin Hökumətlərarası Komissiyanın 2017-ci il dekabrın 7-də Bakıda keçirilmiş 14-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, eləcə də ikitərəfli sərgi və biznes-forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək”, - məlumatda belə deyilir.

İclasın sonunda  yekun protokolu imzalanacaq.

 

Bütün xəbərlər