Merkel avronu yıxdı

17:32 - 29.10.2018


29 oktyabr, Fineko/abc.az. Almaniya kansleri  Angela Merkel iqtidar Xristian Demokrat Birliyinin rəhbəri vəzifəsindən istefa verməyə hazır olduğunu bildirəndən sonra,  avronun dollara nisbətdə məzənnəsi düşdü.

Bu barədə ticarət məlumatları xəbər verir. Oktyabrın 29-da keçirilən ticarət sessiyasında, Avropa valyutası 1,1413 dollardan 1,1368 dollara düşdü. Daha sonra isə yenidən 1.1410 dollara yüksəldi və 1.1395 dollara düşdü. Sonra avro 1,14 dollar dəyərində oldu.

Avronun çökməsi, Merkelin, Xristian Demokrat Birliyinin sədri olaraq yenidən seçilməyəcəyini açıqladıqdan sonra baş verdi. Partiyadaxili seçkilər dekabr ayında keçirilməlidir.

 

Bütün xəbərlər