Azərbaycan neftinin qiyməti qalxdı

10:28 - 30.10.2018


30 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı Azərbaycan neftinin qiyməti 0,32 dollar (0,41%) yüksəldi.

Hazırda “Azəri Light” markalı xam neftin bir barelinin qiyməti 78,59 dollar təşkil edir.

Keçən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti  0,55 dollar (0,81%) enərək bir barelə 67,04 dollar təşkil etmişdir.

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti  0,28 dollar (0,36%) düşərək bir barelə 77,34 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 10,3 dollara bərabərdir.

 

Bütün xəbərlər