Azərbaycanda dövlət büdcəsinin layihələndirilməsi üçün Avtomatlaşdırılmış Sistem yaradılır

12:23 - 14.11.2017


14 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tender  elan edib.

Tender komissiyasının məlumatında deyildiyi kimi, tenderin predmeti,  dövlət büdcəsinin layihələndirilməsi zamanı istifadə ediləcək Avtomatlaşdırılmış Büdcə məlumat İdarəetmə Sisteminin hazırlanmasından ibarətdir.

Tender təklifləri və bank zəmanəti dekabrın 11-nə qədər Bakı, Səməd Vurğun küçəsi, 135 ünvanında qəbul edilir. Tender proseduru 22 dekabr tarixində keçiriləcək.

 

 

Bütün xəbərlər