Azərbaycan Mərkəzi Bankı ilin sonuna olan inflyasiya proqnozunu azaltdı

11:22 - 30.10.2018


30 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ilin sonuna olan inflyasiya proqnozunu azaldıb.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, 9 ay ərzində ölkədə inflyasiyanın səviyyəsi 2,6% təşkil edib.

“Daxili və xarici risklərin azaldılması fonunda ilin sonuna olan inflyasiya proqnozu 6-8%-dən 3-4%-dək azaldılıb”, - E.Rüstəmov belə deyib.

 

Bütün xəbərlər