Azərbaycanda 2031-ci ilə qədər Məşğulluq Strategiyası təsdiq edilib

30.10.2018,17:38


30 oktyabr, Fineko/abc.az. Prezident  İlham Əliyev 2019–2030-cu illər üçün Azərbaycanın Məşğulluq Strategiyasını təsdiq edib.

Strategiyanın icrası üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən  edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə aidiyyəti dövlət orqanları ilə birlikdə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2019–2025-ci illər üçün Tədbirlər Planının layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən ildə bir dəfədən az olmayaraq prezidentə məlumat verməlidir.

Məşğulluq Strategiyasının icrasının monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.