Natiq Məmmədov Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

31.10.2018,09:15


31 oktyabr, Fineko,abc.az. Azərbaycan prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar təsdiq edib.
Dövlət başçısının sərəncamına əsasən, Natiq Məmmədov Əmək Və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Digər sərəncamla dövlət başçısı Vüsal Nəsirli və Anar Əliyevi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin yeni müavinləri vəzifəsinə təyin etdi.