Bakının Qaradağ rayonunda bu gün su olmayacaq

09:24 - 31.10.2018


31 oktyabr, Fineko/abc.az.  “Azərsu” ASC su təchizatında kəsintilərin olacağını xəbər verir.
ASC-dən verilən məlumatda deyilir ki, bu gün ərzində, magistral xəttə baş vermiş qəzanın nəticələrin aradan qaldırılması ilə bağlı Qaradağ rayonunun bir hissəsində su təchizatında kəsintilər olacaq.
“Su təchizatında kəsintilər Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrində olacaq”, - məlumatda belə deyilir.

Bütün xəbərlər