İlham Əliyev Azərbaycan Yanacaq Enerji Stansiyasının təmirinə 48 milyon manat ayırıb

09:35 - 31.10.2018


31 oktyabr, Fineko/abc.az.  Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin infrastrukturunun yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Yanacaq Enerji Stansiyalarında əsaslı tikinti və quraşdırma işlərinin aparılması və zəruri avadanlıqların alınması üçün Prezidentin ehtiyat fondundan 48 milyon manat ayrılacaq.
Azərbaycan Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləği maliyyələşdirmək həvalə olunub.

Bütün xəbərlər