Turistlər yalnız sentyabr ayında Azərbaycanda 114 milyon manat xərcləyiblər

11:48 - 31.10.2018


31 oktyabr, Fineko/abc.az. Yanvar-sentyabr aylarında 193 ölkənin vətəndaşları Azərbaycana gəliblər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ixrac hesabatına əsasən, yanvar-sentyabr aylarında ölkəyə 2,208,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,4% çoxdur.
“Hesabat dövründə xaricilər 1,002 milyon manat həcmində bank əməliyyatları həyata keçirmişlər ki, bu da ötən ilin doqquz ayı ilə müqayisədə 205 milyon manat və ya 25% çoxdur.  Ancaq sentyabr ayında xaricilər bank kartları vasitəsilə 114 milyon manat xərcləmişlər ki, bu da ötən ilin sentyabr ayının göstəricisindən 23% çoxdur”, - icmalda belə deyilir.

Bütün xəbərlər