Azərbaycanın Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 2,1 milyard manat köçürülüb

12:56 - 14.11.2017


14 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 2 milyard 168 milyon manat köçürüb.

DGK-dən verilən məlumata əsasən, oktyabr ayında büdcəyə komitə xətti ilə  214,014 milyon manat köçürülüb.

“O cümlədən, gömrük rüsumları üzrə 67,370  milyon manat, ƏDV üzrə 138,175 milyon manat, aksiz vergisi üzrə 8,536 milyon manat, yol vergisi üzrə isə 2,932 milyon manat köçürülüb”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər