Azərbaycan Doing-Business hesabatında 32 bənd yüksəldi

18:00 - 31.10.2018


31 oktyabr, Fineko/abc.az. Azərbaycan “Doing-Business-2019:Təlim və islahatlar” reytinqində 190 ölkə arasında 25-ci yeri tutub.
Reytinq Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanmışdır.
Reytinqə görə, Azərbaycan həmçinin uğurlu islahatların sayı baxımından ilk on ölkəyə daxil olub.
Öz  mövqeyini 25-ci yerə çatdıraraq  yaxşılaşdıran Azərbaycan rekord sayda (8) islahatlar aparıb. Hesabatda elektrik şəbəkəsinə qoşulma qaydalarının təkmilləşdirilməsi, tikintiyə icazə alınması prosesinin sadələşdirilməsi, səhmdarların hüquqlarının qorunması, mülkiyyət və nəzarət strukturlarının fəaliyyətinin dəqiqləşdirilməsi və minoritar səhmdarların hüquqlarının korporativ şəffaflığın tələb edilməsi vasitəsilə  qorunmasının gücləndirilməsi üzrə islahatlar göstərilib.
“Doing-Business - 2018: İş yerlərinin yradılmasına dair islahatlar” reytinqində Azərbaycan 190 ölkə arasında 57-ci yeri tutmuşdur.

Bütün xəbərlər