İlham Əliyev Beyləqan rayonunda yolun tikintisi üçün 18 milyon manat ayırıb

10:18 - 1.11.2018


1 noyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Beyləqan rayonunda Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, səkkiz yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi üçün 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə Azərbaycan Dövlət Yolları Agentliyinə 18,04 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğin maliyyələşdirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Bütün xəbərlər