Anton Şinqaryov: Ümid edirik ki, ABŞ-da "Kasperski Laboratoriyası"na qarşı sanksiyalar tətbiq olunmayacaq

10:30 - 1.11.2018


1 noyabr, Fineko/abc.az. "Kasperski Laboratoriyası" şirkətinin vitse-prezidenti Anton Şinqaryov ABŞ-da şirkətə qarşı sanksiyaların müzakirəsinə münasibət bildirib.

"Kasperski Laboratoriyası" şirkətinin vitse-prezidenti Anton Şinqaryov Bakıda jurnalistlərə bildirib ki, "Kasperski Laboratoriyası" MDB ölkələri arasında əsasən rus dilinə görə liderdir.

"Həmçinin şirkət Avropada lider mövqe tutur, ABŞ-da payı kiçikdir, çünki bu ən iri bazardır,  Asiya və Latın Amerikasında uğurla inkişaf edirik, Çində bir az çətindir, lakin biz bunun üzərində işləyirik, ümumilikdə isə, qlobal baxımdan biz artıq 3 nömrə və 4-ük. Əsas rəqibimiz "Symantec" dir, ancaq qeyd etmək lazımdır ki, biz kifayət qədər sağlam rəqabət aparırıq və kommersiya məsələlərində rəqabət çətin olduğu halda,  biz, cinayətlə mübarizə və ekspertiza məsələlərində birbaşa vahid informasiya bazası vasitəsi ilə bir-birimizə kömək edirik", - deyə A. Şinqaryov bildirib.

Onun sözlərinə görə, "Kasperski Laboratoriyası"  barəsində heç bir sanksiya tətbiq edilməyib və ümid edirik ki, tətbiq olunmayacaqlar.

"Həqiqətən, xüsusilə ABŞ-da təzyiq var. Vəziyyət yaxşılaşmır, amma  pisləşmir də, keçmişdə kömək etdiyimiz  tənzimləyicilərlə və hüquq-mühafizə orqanları ilə münasibətlər də həmçinin  dondurulub. ABŞ-da vəziyyət ağırdır. Avropada isə vəziyyət düzəlir və hətta biznes artır", - bunu A. Şinqaryov deyib.

 

Bütün xəbərlər