Dağıstan və Azərbaycan arasında dəmir yolu əlaqəsi yaranacaq

01.11.2018,12:11


1 noyabr, Fineko/abc.az.  Dağıstan və Azərbaycan arasında daimi dəmir yolu bağlantısı yaranacaq.
Dağıstan başçısı Vladimir Vasilievin bildirdiyinə görə, indiyə qədər istifadə olunmamış böyük nəqliyyat imkanları var.
“Biz indi Bakı ilə daimi dəmir yolu əlaqəsi quracağıq. Bu çox rahat olacaq və işləyə biləcək. Mən bunun xalqın mənafeyində çalışması üçün heç bir maneə görmürəm. İqtisadiyyatımızı də inkişaf etdirəcəkdir”, - deyə bölgənin rəhbəri əlavə edib.

2018-ci ilin aprel ayının əvvəlində, Dağıstan və “Rusiya Dəmir Yolları” ASC rəhbərləri tərəfindən Şimali Qafqaz Dəmir yolu ilə Dərbənd istiqamətinə səfərdən  sonra Mahaçqala-Bakı marşrutu üzrə yeni dəmir yolu xətti məsələsini nəzərdən keçirilmişdir.
Hazırda Mahaçqaladan Moskva-Bakı, Rostov-Bakı və Xarkov-Bakı istiqamətində qatarlar hərəkət edir. 

Mahaçqala ilə Bakı arasında həmçinin birbaşa aviareysin təşkil edilməsi də planlaşdırılır. Dağıstan və Azərbaycan arasında belə bir hava əlaqəsinin qurulması üzrə əməkdaşlıq haqqında Memorandum Mahaçqala Hava Limanının baş direktoru Arsen Pirmaqomedov və Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov tərəfindən Bakıda keçirilmiş 9-cu Rusiya-Azərbaycan Regionlararası Forumunda imzalanıb.

Açar sözlər: Vladimir Vasilyev