Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu üç rübü 17,9 milyon manat mənfəətlə başa vurub

12:22 - 1.11.2018


1 noyabr, Fineko/abc.az.  Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 1 oktyabr tarixinə 1 153,61 milyon manat təşkil edib ki, bu da il əvvəlinə nisbətən 20,4 faiz çoxdur.
Fondun hesabatına görə, hesabat dövrü ərzində ipoteka kreditləri 810,257 milyon manat və ya Fondun ümumi aktivlərinin 70,2%-ni təşkil edib.

"Yanvar-sentyabr aylarında Fondun kredit portfeli 18,5% artıb. Hesabat dövründə Fondun öhdəlikləri 9,5% artaraq 597,061 milyon manat təşkil edib, fondun cəmi kapitalı isə 28,55% artaraq 531,133 mln manat olub. Azərbaycan İpoteka Fondu və Kredit Zəmanət Fondu birləşməsi nəticəsində nizamnamə kapitalı 27,3% (100 milyon manat) artaraq 466 milyon manat təşkil edib”, - hesabatda belə deyilir.

Yanvar-sentyabr aylarında Fondun faiz gəliri 34,881 milyon manat, faiz xərcləri isə 12,737 milyon manat təşkil edib. Fond üç rübü 17,943 milyon manat mənfəətlə yekunlaşdırıb.

Bütün xəbərlər