Azərbaycanda Turizm Assosiasiyası tərəfindən Misirdə turizmin təhlükəsizliyinin təbliğatı keçiriləcək

14.11.2017,15:29


14 noyabr, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyasında (AZTA) Misirin Cənubi Sinay əyalətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AZTA-dan verilən məlumata əsasən, görüşdə sıx əməkdaşlıq perspektivləri müzakirə olunub.

“Xüsusilə, Assosiasiya rəhbərliyi, hazırda Azərbaycan turistləri arasında Misirdə məlum  siyası hadisələrdən sonra təhlükəsizliyin bərqərar olduğunu və bu barədə geniş məlumatlandırma tədbirlərinin aparılmasının vacibliyini qeyd etdi. Assosiasiya bu tədbirlərin həyata keçirilməsində Misir tərəfinə yardım etməkdə hazır olduğunu bildirdi”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, tərəflər birgə infoturların, work-shop və B2B görüşlərin keçirilməsi barədə razılığa gəldilər. Misir tərəfi,  Azərbaycan Turizm Assosiasiyasının üzvlərinə fərdi və qrup şəklində sadələşdirilmiş viza verməkdə hazır olduğunu bildirdi.

 

 

Açar sözlər: AZTA Misir