Azərbaycan neftinin qiyməti düşdü

02.11.2018,10:08


2 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı Azərbaycan neftinin qiyməti 3,23 dollar (4,18%) düşüb.

Hazırda “Azəri Light” markalı xam neftin bir barelinin qiyməti 74,0 dollar təşkil edir.

Keçən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti  1,62 dollar (2,48%) düşərək bir barelə 63,69 dollar təşkil etmişdir. 

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin 2019-cu ilin yanvar ayının fyuçersinin qiyməti  2,58 dollar (3,42%) düşərək bir barelə 72,89 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 9,2 dollara bərabərdir.