AMB-nin qısamüddətli notlarına olan sifarişlərin həcmi 1 milyard manatı ötdü

19:36 - 31.10.2018


31 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 31 oktyabr  tarixində AMB 50100272S dövlət nömrəli, 300 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

16 investordan 1 123 024,9 min manat məbləğində 25 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli  notlar üçün 99,4004 manat (gəlirlilik 7,76%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,4004 manat (gəlirlilik 7,76%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir. Nəticədə 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 28 noyabr  2018-ci il.

 

Bütün xəbərlər