Azərbaycan-Monteneqro Hökumətlərarası Komissiyasının yeni tərkibi təsdiqləndi

10:59 - 2.11.2018


2 noyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Monteneqro birgə hökumətlərarası komissiyasının yeni tərkibini təsdiqləyib.

Sərəncama əsasən, komissiyanın sədri kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təsdiq edilmişdir.

Komissiyanın tərkibinə xarici işlər, iqtisadiyyat, energetika, fövqəladə hallar, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, ekologiya və təbii sərvətlər, mədəniyyət nazirlərinin müavinləri, həmçinin Dövlət Turizm Agentliyinin sədri, Dövlət Gömrük Komitəsinin sədr müavini, Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini daxil edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Bütün xəbərlər