Bakıda iaşə obyektlərinin dövriyyəsi 7,3% artıb

12:10 - 2.11.2018


2 noyabr, Fineko/abc.az. Yanvar-sentyabr aylarında Bakıda iaşə obyektlərinin dövriyyəsi 7,3% artaraq 696,9 milyon manat təşkil edib.

Bakının Statistika İdarəsinin məlumatına görə, dövriyyənin 9,5%-i özəl sektorun payına düşüb.

“İaşə müəssisələrində özəl sektorun dövriyyəsinin 48,6% hüquqi şəxslərə, 51,4%-ni isə özəl sahibkarların payına düşür. Hüquqi şəxslərin dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% artaraq 338,5 milyon manat təşkil edib”, - deyə İdarədən bildirib.

 

Bütün xəbərlər