Azərbaycan parlamenti 2019-cu ilin dövlət büdcəsinin müzakirəsinə başlayır

02.11.2018,15:23


2 noyabr, Fineko/abc.az. Azərbaycan Parlamenti 2019-cu il üçün büdcə paketinin layihəsinin müzakirəsinə başlayır.

Parlamentin spikeri  Oqtay Əsədovun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələr noyabrın 13-də başlayacaq.

“Sənədlə bağlı müzakirələr gələn həftə başlayacaq, sonra sənəd 13 noyabr tarixinə planlaşdırılan plenar sessiyaya təqdim olunacaq”, - deyə O. Əsədov bildirib.