Azərbaycanda portret incəsənəti beynəlxalq müsabiqəsi keçirilir

02.11.2018,21:34


2 noyabr, Fineko/abc.az. Oktyabr ayında Şərqi Avropa ölkələrində “Portrait Now! 2019” portret incəsənəti beynəlxalq müsabiqəsinin seçim turunun iştirakçılarının qeydiyyatı başlayıb. Azərbaycanda seçim turunu “Carlsberg Group”un bir hissəsi “Carlsberg Azerbaijan” şirkəti Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə tərəfdaşlıq formatında həyata keçirəcək təşkil olunub.

“Portrait Now! 2019” – “Carlsberg” Fondunun Frederiksborq qəsrində (Danimarka) Milli Tarix Muzeyində keçirdiyi pivəbişirən Y.K.Yakobsen adına 7-ci beynəlxalq müsabiqədir. Bu portret mükafatı ilk dəfə 2007-ci ildə ümumilikdə incəsənətə və janr olaraq portretə marağın cəlb olunması üçün təqdim olunub. Mükafatın fəlsəfəsi: insan obrazının canlandırılması vasitəsilə müəllif onun daxili dünyasını əks etdirir.

“Portrait Now! 2019” müsabiqəsi bir neçə mərhələdə keçirilir. Şərqi Avropa ölkələrindən iştirakçılar 31 dekabr 2018-ci il tarixinədək əsərlərini www.portraitnow2019.com. müsabiqənin regional seçim turu saytında qeydiyyatdan keçirməlidir.

“Portrait Now! 2019” müsabiqəsinin Şərqi Avropada seçim mərhələsində Ukrayna, Rusiya, Qazaxıstan, Azərbaycan və regionun digər ölkələrindən müəlliflər iştirak edə bilər. Qeydiyyat başa çatdıqdan sonra bütün əsərlər 8 yüksək ixtisaslı ekspertdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Mütəxəssislər “Portrait Now! 2019” müsabiqəsinin seçim mərhələsinin iştirakçılarının Lvovda “Lvivarnya” Muzey-Mədəniyyət Pivə Tarixi kompleksində sərgidə təqdim olunacaq 30 əsərini seçəcək. Bu əsərlər arasında münsiflər heyəti müsabiqənin yekun mərhələsində iştirak edəcək və Frederiksborq qəsrində dünyanın digər regionlarından müsabiqənin seçim mərhələsinin qaliblərinin əsərləri ilə birlikdə sərgidə iştirak edəcək.

“Carlsberg” Fondu (Danimarka) müsabiqənin yekun mərhələsini keçirəcək və qalibləri seçəcək. Qalibləri Fonddan 10 000-dən 85 000 Danimarka kronunadək məbləğdə 3 əsas və 3 əlavə pul mükafatı kateqoriyası gözləyir. Mükafatlar barədə ətraflı məlumatı https://portraitnow.org/ saytında əldə edə bilərsiniz.

“Portrait Now! 2019” müsabiqəsinin beynəlxalq münsiflər heyəti dünyanın 7 ölkəsindən aparıcı ekspertlərdən ibarətdir: Şotlandiya Milli Portret Qalereyasının direktoru Kristofer Beyker (Edinburq, Şotlandiya), Şahzadə Qonqun Sarayı yanında Muzeyin (Pekin, Çin) direktoru Sun Xuquan, Times Modern İncəsənət Muzeyinin direktoru Van Yi (Pekin, Çin), Faberje Muzeyinin direktorunun birinci müavini Mixail Ovçinnikov (Sankt-Peterburq, Rusiya), Reykyavik İncəsənət Muzeyinin direktoru Olof Kristin Siqurdardottir (İslandiya), tənqidçi-sənətşünas Henrik Vivel (Danimarka), Milli Portret Qalereyasının kuratoru Lyusi Dalsen (London), Frederiksborq qəsrində Milli Tarix Muzeyinin direktoru Mette Skouqard (Danimarka).

İstedadlı Azərbaycan rəssamlarının dəstəklənməsi üçün “Carlsberg Azerbaijan” şirkəti müsabiqə çərçivəsində şəxsi “From Waste to Art” eko-nominasiyasını təsis etmək qərarına gəlib.

Nominasiyada Azərbaycan rəssamlarının ekoloji məsuliyyət və insanın ətraf mühitə mənfi təsirinin azaldılması mövzusunda işləri iştirak edə bilər. Bu mövzular süjetdə və ya əsərin hazırlandığı materiallarda (utilizasiya olunacaq materialların təkrar istifadəsi, ekomateriallardan istifadə və s.) əks etdirilə bilər.