Azərbaycanda icbari tibbi sığortanın tam tətbiqi daha bir il müddətinə təxirə salındı

05.11.2018,13:30


5 noyabr, Fineko/abc.az. Azərbaycan hökuməti ölkədə icbari tibbi sığorta istifadəsinin elan edilməsi üçün son müddətini uzadır.

Bu gün Azərbaycan Maliyyə Naziri Samir Şərifov, 2019-cu ilin dövlət büdcəsinin paketinin parlamentdə müzakirəsi zamanı bildirib ki, bütün ölkənin ərazisində İTS-in tətbiqi 2020-ci ilə planlaşdırılıb və 2019-cu ildə yekun hazırlıq işləri aparılacaq.

Nazir həmçinin qeyd edib ki, 2019-cu il dövlət büdcəsində İTS üzrə 224 milyon manat ayrılacaq və İTS-in tətbiqi üçün xüsusi fondda vəsaitlərin yığılması məsələsinə baxılacaq.

Hazırda İTS-in tətbiqi pilot xarakter daşıyır, bu sistem Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında tətbiq olunur. Bu istiqamətdə işləmək üçün beynəlxalq məsləhətçi olan "McKinsey & Company" şirkəti də cəlb olunub. Bu şirkət,  Azərbaycan ərazisində İTS-ə mərhələli keçid üçün yol xəritəsi hazırlanmasında iştirak edəcək.

Daha öncə Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2019-cu ildə məcburi tibbi sığortanın tam istifadəsini, habelə bu istiqamətdə xüsusi yol xəritəsi hazırladığını elan etmişdi.