Samir Şərifov: Manat təzyiq altındadır

13:40 - 5.11.2018


5 noyabr, Fineko/abc.az. Azərbaycan hökuməti regionda iqtisadi qeyri-sabitlik fonunda milli valyuta məzənnəsinə mənfi təsirin olacağını gözləyir.

Maliyyə naziri Samir Şərifov 2019-cu il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, qonşu ölkələrin milli valyutalarının məzənnəsinin düşməsi və Azərbaycanın əsas ticarət tərəfdaşlarının manatın məzənnəsinə təzyiqi artırır.

“Bölgədəki iqtisadi qeyri-sabitliyin potensial mənfi nəticələri, neft qiymətlərinin sabitləşməsi fonunda belə nəzərə alınmalıdır. Qonşu ölkələrin milli valyutaları  və əsas ticarət tərəfdaşları ilə bağlı vəziyyət yerli istehsalçıların ixrac imkanlarının azalması və ölkəyə idxalın artması riski yaradır”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə monetar və fiskal siyasətinin əsas məqsədi xarici makroiqtisadi risklərin ölkə iqtisadiyyatına təsirinin qarşısını almaq olacaq.

 

Bütün xəbərlər