Şahmar Mövsümov: ARDNF-nin mənfəət neftinin satışından əldə etdiyi gəlirləri 1,8% artacaq

05.11.2018,15:37


5 noyabr, Fineko/abc.az. 2019-cu ildə Azərbaycan Dövlət Neft Fondunun gəlirləri 15,579 milyard manat təşkil edəcək.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib ki, mənfəət neft və qazın satışından əldə edilən gəlirlər 13,218 milyard manat təşkil edəcək.

“2017-ci ilə nisbətən ARDNF-nin gəlirləri 28,4%, 2018-ci ilə nisbətən isə 1,8% artacaq”, - Ş. Mövsümov belə deyib.