Ekspert: Bakının avtomobil bazarında hələ də durğunluq davam edir

14.11.2017,17:08


14 noyabr, Fineko/abc.az. Bakının avtomobil bazarında vəziyyət dəyişmiyib - durğunluq davam edir.

Ekspert Vaqif Hüseynovun dediyinə görə, alıcı olmadığı üçün qiymətlərdə dəyişiklik müşahidə edilmir.

“Bir müddət yeni taksi şirkətlərinin bazara daxil olması  ikinci əl avtomobilllərə tələbatı nisbətən artırdı. Hazırda taksi bazarında ciddi dəyişiklik olmadığı üçün avtomobil bazarına da hər hansı təsir hiss edilmir”, - deyə ekpert bildirdi.

Onun sözlərinə görə,  hazırda ikinci əl avtomobil bazarında ən ucuz və normal qaydada sürülə bilən avtomobilin qiyməti 5 min manatdan aşağı deyil. Bu qiymətə indi 1989-1990-cı il model “Mercedes E Class” modelini almaq olar”.

“Mercedes” 10 min, “Kia”, “Hyundai” 10-14 min manata satılır.

 

 

Açar sözlər: avtomobil bazar