Oktyabr ayında Azərbaycanda pul bazası artıb

16:47 - 5.11.2018


5 noyabr, Fineko/abc.az. Oktyabr ayında pul bazası oktyabrda 7,14% artıb.

Mərkəzi Bankın məlumatına görə, noyabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 9153,3 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 1 oktyabr 2018-ci il tarixinə Azərbaycanda pul kütləsi 8871,5 milyon manat təşkil edib, sentyabrın 1-nə 8318,2 milyon manat, avqustun 1-nə 8888.9 milyon manat, 1 iyul tarixinə 8588,0 milyon manat, 1 iyun tarixində 8404,4 milyon manat, 1 may tarixinə 8413,0 milyon manat, 1 aprel tarixinə 9471,0 milyon manat, martın 1-nə 9180,6 milyon manat, 1 fevral tarixində 8761,6 milyon manat, 1 yanvar 2018-ci il tarixinə 8543,2 milyon manat təşkil edib.

2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda pul bazası 610,1 milyon manat və ya 7,14% artıb.

 

Bütün xəbərlər