İlham Əliyev Ağdam rayonunda suvarma sisteminin yaxşılaşdırılması üçün 2,5 milyon manat ayırıb

10:05 - 6.11.2018


6 noyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunda əkin sahələrinə suvarma suyu ilə təmin olunmasının yaxşılaşdırılması üzrə əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 1050 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək məqsədi ilə, 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 2,5 milyon manat ayrılacaq.

Azərbaycan Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğin maliyyələşdirilməsini təmin edəcək.

 

Bütün xəbərlər