Energetika Nazirliyində inzibati xətalarla bağlı 105 işə baxılıb

11:04 - 6.11.2018


6 noyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Energetika Nazirliyinə daxil olmuş inzibati xətalar haqqında 105 işə baxılıb. Bunlardan 95-i təbii qazın, 10-u isə elektrik enerjisinin talanması ilə bağlı olub. Daxil olmuş 84 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.

Nazirlik tərəfindən yerində aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 6 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə isə 1 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. Həmçinin, 4 iş üzrə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.

Bundan əlavə, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulmasına görə 4 iş üzrə, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına gorə 5 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə isə 1 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. Qərarlar aidiyyəti üzrə inzibati xəta törədən şəxslərə göndərilib.

 

Bütün xəbərlər