Azərbaycan hökuməti tələbə kreditlərinin qaytarılmasına inanmır

16:09 - 6.11.2018


6 noyabr, Fineko/abc.az. Azərbaycanda təhsil kreditlərinin tətbiq edilməsi üzrə  effektiv mexanizm hələ də axtarılır.

Maliyyə naziri Samir Şərifov belə bir mexanizmin hələ ki tapılmadığını deyib.

“Məsələ bundadır ki, bu kreditlərin qaytarılması məsələsi böyük sual altındadır və  banklar belə bir riskə  getmək istəmirlər. Dövlət müdaxilə etsə belə, biz əvvəlcədən etiraf etməliyik ki, bu kreditlər geri qaytarılmayacaq. Effektiv mexanizm hələ tapılmayıb, əlbəttə ki, müəyyən cəhdlər var, amma problemi kütləvi şəkildə həll edəcəyini söyləyə bilmərəm”, - nazir belə hesab edir.

 

 

Bütün xəbərlər