Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibi təsdiq edildi

11:34 - 7.11.2018


7 noyabr, Fineko/abc.az. Azərbaycan prezidentinin İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibini təsdiq etdi.

Agentliyin Kollegiyasının təsdiq edilmiş tərkibinə 11 daxil olub - Qida Təhlükəsizliyi Agentliyinin sədri və Kollegiyanın üzvləri – Agentliyin sədrinin müavinləri, Naxçıvan MR-nın aidiyyəti icra hakimiyyəti orqanının rəhbəri, Qida Təhlükəsizliyi Agentliyi Aparatının rəhbəri, Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri üzrə 1 saylı Regional Bölməsinin rəisi,“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri, Qida Təhlükəsizliyi Agentliyi Aparatının Qida təhlükəsizliyi şöbəsinin müdiri, Qida Təhlükəsizliyi Agentliyi Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri, Qida Təhlükəsizliyi Agentliyi Aparatının İdxal və ixraca nəzarət şöbəsinin müdiri.

 

Bütün xəbərlər