2018-ci ilin 10 ayı ərzində ARDNF-nin mənfəət nefti və qazının satışı üzrə gəlirləri 8,3 milyard dollara çatıb

12:47 - 7.11.2018


7 noyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Azəri-Çıraq-Günəşli blokundan (AÇG) mənfəət neftinin və "Şahdəniz" yatağından kondensatın satışından əldə etdiyi gəlir 8,296 milyon dollar təşkil edib.

ARDNF-in məlumatında deyilir ki, o cümlədən hesabat dövründə “Şahdəniz” yatağı üzrə kondensatın satışından 181 milyon dollar əldə edilib.

ARDNF-in məlumatına əsasən, 2001-ci ildən 1 noyabr 2018-ci ilədək Azərbaycanın AÇG blokundan mənfəət neftinin satışından Fonda 136,782 milyon dollar, 2007-ci ildən 2018-ci il sentyabrın 1-dək isə Şahdəniz yatağı üzrə qazın satışından 2,506 milyon dollar daxil olub.

 

Bütün xəbərlər