Qısamüddətli Notlara olan sifarişlərin həcmi 1,2 milyard manatı ötdü

17:34 - 7.11.2018


7 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 7 noyabr  tarixində AMB 50103720S dövlət nömrəli, 300 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

16 investordan 1 214 795,8 min manat məbləğində 24 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli  notlar üçün 99,4004 manat (gəlirlilik 7,76%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,4004 manat (gəlirlilik 7,76%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir. Nəticədə 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 5 dekabr  2018-ci il.

 

Bütün xəbərlər