Güclü yağışa görə Bakının yollarında yolverilən hərəkət sürəti azaldıldı

11:44 - 8.11.2018


8 noyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda yağan güclü yağışla əlaqədar yollarda təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görür.

BNA-dan xəbər verilir ki, təhlükəsizliyin təmin edilməsi üçün, hərəkətin  Heydər Əliyev prospekti – hava limanı - Bilgəh avtomagistralı hissəsinin bütün zolaqlarında nəqliyyat vasitələrinin sürəti  azaldılmışdır.

“Nəqliyyat vasitələrinin sürəti 20 km/saat azaldılıb”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər