Valyuta hərracında dolların məzənnəsi dəyişmədi

12:40 - 8.11.2018


8 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti valyuta hərracı keçirib.

“Noyabrın 8-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Noyabrın 6-da keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.

 

 

Bütün xəbərlər