İlin sonuna qədər Bakıda iki yeni metro stansiyası açılacaq

17:31 - 8.11.2018


8 noyabr, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC bənövşəyi xəttin tikintisini davam etdirir.

“Bakı Metropoliteni”nin istismar üzrə  baş mühəndisi Əlixan Osmanovun sözlərinə görə, ilin sonunadək bənövşəyi xəttin iki yeni stansiyası istifadəyə veriləcək.

“Məsələ burasındadır ki, əsas layihəçi olan “SYSTRA” şirkəti yalnız bənövşəyi xəttin konsepsiyasını hazırlamış və əsas istiqamətləri təqdim etmişdir. Qısa müddətdə “Bakı Metropoliteni”  öz işini aktivləşdirmiş və lazımi layihələri hazırlamışdır. Yəni ilin sonuna qədər iki stansiyanın istifadəyə verilməsi planlaşdırılır”, - deyə baş mühəndis bildirib.

 

Bütün xəbərlər