Azərbaycanda 1,1 milyard manat məbləğində ipoteka krediti verilib

12.11.2018,12:13


12 noyabr, Fineko/abc.az. Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyətli bankları əhaliyə ipoteka kreditləri verməyə davam edir.

Fondun məlumatına görə, 2006-cı ildən bu günə qədər Fondun xətti ilə 24,510 ipoteka krediti verilib.

“Kreditlərin həcmi 1 165 658 404 manat təşkil edib”, - deyə Fonddan bildirildi.